“Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb
“28 May” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi “Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülünün genişləndirilmiş hissəsində əlavə 4 istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Bu barədə Vətəninfo.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Məlumatda bildirilir ki, yenidənqurma məqsədilə ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işləri cari ilin sonuna kimi başa çatdırılacaq. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir.
Dənizin 92 metr dərinliyində yerləşən 11 saylı özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq.
Qeyd edək ki, quyulardan ümumilikdə sutkada 100 ton neft, 260 000 kubmetr qaz və 20 ton kondensat hasil ediləcəyi gözlənilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR