“Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalında neft gəlirlərinin 7.7 faiz artması o deməkdir ki, Azərbaycan hökuməti neftin həmişəlik olmayacağı barədə düşünməyə başlayıb.Guman edirəm ki, bu düşüncə özünü təkcə rəqəmlərdə yox, insanların həyat şəraitində də göstərəcək”. Bunu “Vətəninfo.az”a açıqlamasında sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, hökumətin açıqladığı 3.1 faiz infliyasiya göstəricisi ilə razılaşmaq olmaz: “Dövlət Statistika Komitəsinin nəzərdə tutduğu istehlak səbətində əhalinin gündəlik istifadə etdiyi ərzaq məshulları, xidmətlər mütəmadi bahalaşır. Bu bahalaşma heç də 3 faizlə sərhədlənmir. Araşdırmalar onu göstərir ki, Azərbaycan, paytaxt Bakı bahalı ölkə və şəhər olaraq qalmaqdadır. Bunun fonunda isə əhalinin gəlirləri sürətlə artmır. Siz bilirsiniz ki, ölkədə iş qabiliyyəti olan 4.5 milyon əhali var. 5.5 faiz işsizlik həddini götürsək 200 min işsiz ola bilər. Bunu çıxsaq və sosila sığorta ödənişləri həyata keçirən 1 milyon 800 nəfəri nəzərə alsaq, deməli ortalama 2 milyon yarım insan iqtisadiyyatdan kənarda qalır. Əgər bunlar çalışırlarsa deməli kölgə iqtisadiyyatında çalışırlar. Burda başqa bir məqamda var ki, kölgə iqtisadiyyatının da həcmi dəfələrlə çoxdu”-deyə, N.Məmmədov əlavə edib.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR