“Almaniyanın “Humana” firmasında aparılan yoxlamalar zamanı müxtəlif adlarda çaylar sertfikatlaşdırılmadığı üçün həmin çayların saiışına qadağa qoyulub”.
Lent.az-ınn məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövılət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbəsinin müdiri Məsim Babayev bildirib.
Məsim Babayev həmin çayların sertfikatlaşdırılması ilə bağlı sonradan “Humana” firması tərəfindən Dövlət Komitəsinə müraciət olunduğunu söyləiyb: “Aparılan laborator analizlərin nəticəsində melisa və alma qoxulu çaylarında maye göbələkləri normadan artıq olub. “Raziyana” və “Cirə” çaylarında isə kif və maye göbələkləri normadan artıq olduğu üçün həmin məhsullar sertfikatlaşdırılmayıb. Bu çayların ölkəyə idxalı və satışı qadağan olunub. “Humana” firması tərfəfindən də həmin çayların istehlak bazarından yığılması barədə müvafiq göstəriş verilib ”.
Məsim Babayev qeyd edib ki, çox güman ki, bu məhsulların tərkibində kif və maye göbələklərin normadan artıq olması həmin məhsulların daşınması və saxlanılması ilə bağlıdır: “Bu sahədə araşdırma davam etdirilir. Yeni məhsul partiyaları ölkəyə daxil olduqda biz onları da yoxlayacağıq. Əgər normativ tələblərə uyğun olarsa, həmin məhsulların idxalına icazə veriləcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR