Vətəninfo.az xəbər verir ki, Dünya Bank sektorunun nəhənglərindən olan Credit Suisse Bankı İsveçrə iqtisadiyyatının artım tempi ilə bağlı 6 aylıq proqnozunu yayıb. Proqnozda qeyd olunur ki, İsveçrə iqtisadiyyatı dünya iqtisadi böhranına qarşı olduqca möhkəm dayanıb. ABŞ və Avropa ölkələri iqtisadiyyatlarının durğunluq tempinə münasibətdə cari ildə İsveçrə iqtisadiyyatının artım tempinin 1,5%-ə yüksələcəyi gözlənilir.
İsveçrə-Azərbaycan Təşkilatının sədri Elxan Həsənli Bankın proqnozunu şərh edərkən bildirib ki, Credit Suisse Bankının proqnozu təkcə Avropada deyil, eləcə də bütün dünya dövlətlərinin hökumətləri tərəfindən izlənilir: “İsveçrə Bankları özlərinin sərfəli kreditləriylə məşhurdurlar və bu proqnoz bütün dünyaya bir siqnaldır ki, kredit faizləri yaxın 6 ay ərzində dəyişməz qalacaq. İsveçrə Milli Bankı aşağı faiz dərəcəsi siyasətini davam etdirəcək. Hal-hazırda ipoteka kreditlərinin faiz dərəcəsi illik 1,5-2 %, tikinti kreditləri 2-2,5 %, şəxsi və firma kreditləri 4,5-6 faiz arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şrikətinin Avropaya yatırdığı investisiyalarının böyük hissəsi İsveçrəyə yönəlib”,-deyə Elxan Həsənli deyib.
Elnur Eltürk
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR