«İpoteka siyasətinin həyata keçirilməsi dövlətin gənclər siyasətinin tərkib hissəsidir».
Bunu Vətəninfo.az saytına açıqlamasında iqtisadçı ekspert Aydın Hüseynov prezident İlham Əliyevin ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ipoteka kreditlərinin həcminin 35 min manatdan 50 min manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılmasının, əhaliyə diqqət və qayğının bariz nümunəsidir: «Düşünürük ki, bu addım xüsusən gənclərimiz üçün önəmlidir və onlar bundan bəhrələnəcəklər. Son zamanlar gənclərin sosial problemləri ilə bağlı müəyyən mülahizələr irəli sürülürdü. Ölkə rəhbəri mühüm bir qərar verdi, bununla da gənclərin sosial problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət indi də uğurla davam etdirilir. Təbii ki, gənclər siyasətinin əsasını onların sosial rifah halının daha da yaxşılaşdırılması, mənzil-məişət şəraitinin ön səviyyəyə qoyulması təşkil edir».
Firudin
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR