Vətəninfo.az xəbər verir ki, son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb. Bunu Trend-ə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib. Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Qeyd edilən ekoloji standarta cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan edilib.
Onun sözlərinə görə, avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara xeyli təsir edəcəyini demək olmaz: "Yığımlar təkcə bu kateqoriyadan olan mallar hesabına təmin edilmir. İl ərzində idxal strukturu dəyişə bilər və bu baş verir. Bir kateqoriyada azalma isə idxal edilən digər mallar hesabına kompensasiya ediləcək".
M.Vahabov qeyd edib ki, digər amilləri də nəzərə almaq lazımdır: "Amillərdən biri ölkəyə daha bahalı avtomobillərin idxalına başlanılmasıdır. Avro-4 standartlı nəqliyyat vasitələri apreldən idxalı qadağan edilmiş köhnə avtomobillərdən daha bahalıdır. Bununla da bu avtomobillər üzrə gömrük yığımlarının azalması ƏDV üzrə yığımların artması ilə kompensasiya edilir".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR