Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığından sonra bu gündən Bakıda dollar qıtlığı yaşanır.
Bakı sakinləri kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə yollanaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışırlar.
Virtualaz.org saytının müxbiri bu dəqiqələrdə Bakının mərkəzi küçələrində olan valyutadəyişmə məntəqələrində olub.
Əməkdaşımız xəbər verir ki, 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələrində bu dəqiqələrdə ABŞ dolları satılmır. Səhər saatlarında dollar satılsa da artıq satış dayandırılıb. Xeyli sayda insan valyutadəyişmə məntəqələrində dolların satılacağını gözləyir.
Bəzi valyutadəyişmə məntəqələrindən isə alıcılara bildirilir ki, günün ikinci yarısından sonra dollar satışının olacağı gözlənilir.
Dollar tapmayan Bakı sakinləri avro almağa da üstünlük verirlər. Bəzi valyutadəyişmə məntəqələrində avro tapmaq mümkündür.
Dollar almağa çalışan Bakı sakinləri deyirlər ki, digər valyutadəyişmə məntəqələri də dollar satışını dayandırıb.
Qeyd edək ki, böyük ajiotajdan sonra banklar belə dollar satışını dayandırıb.
“Atabank”ın Rixard Zorge küçəsində olan filialında da dollar yoxdur.
Puşkin, 28 May küçələrindəki digər bankların filiallarında da dollar satışı dayandırılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR