Rusiyanın baş naziri Dmitri Medvediyev Azərbaycan Gömrük Xidməti ilə bir sıra məhsullara gömrük nəzarətinin qarşılıqlı tanınması barədə protokolun qəbul edilməsinə dair danışıqlar aparılması haqqında Rusiya Federal Gömrük Xidmətinin təklifini təsdiqləyən sərəncam imzalayıb.
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, Rusiya hökumətinin rəsmi saytında yerləşdirilmiş sərəncama görə, danışıqlar Azərbaycandan Rusiyaya gətirilən meyvə və tərəvəz, gül, göyərti, bitkilər və bu məhsulların emalından əldə olunan mallar və digər ərzaq məhsullarının yalnız Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanılmaqla Rusiya ərazisinə keçirilməsinə imkan verən protokolun imzalanması üçün aparılacaq.
Protokolun imzalanması bir sıra məhsulların Azərbaycan-Rusiya dövlət sərhədindən keçirilməsinin sürətləndirilməsinə, eləcə də gömrük nəzarətinin səmərəliliyinin artırılmasına və Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR