Kənd Təsərrüfatı Nazirliyi: “Yağışlar meyvəçiliyə ziyan vurdu, bahalıq olacaq”
Bir neçə gündür havaların yağmurlu keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Ən çox ziyan isə Şimal bölgəsinə dəyib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyevin Modern.az-a verdiyi məlumata görə, havaların yağıntılı keçməsi Aran bölgəsində taxılın inkişafına müsbət təsir göstərsə də, pambığın, digər texniki bitkilərin əkininə ziyan vurub. Şöbə müdirinin sözlərinə görə, hava istiləşsə, yenidən səpin aparılmalıdır:
“İki dəfə səpinin aparılması isə fermerlərə baha başa gəlir. Artıq mütəxəssislərimiz yerlərdədir və vəziyyəti araşdırırlar ”.
Sabir Vəliyev onu da bildirib ki, havaların qeyri-sabit keçməsi məhsul qıtlığına səbəb olmasa da, meyvəçiliyə müəyyən qədər ziyan dəyib. Onun sözlərinə görə əsas ziyan Şimal bölgəsində çəyirdəkli meyvələrə dəyib:
“Tərəvəz yeni əkildiyindən tərəvəzə elə ciddi ziyan dəyməyib. Ən çox ziyan çəkən bölgə isə Quba–Xaçmaz rayonları olub. Həmin rayonlarda ərik və şaftalıya daha çox ziyan dəyib”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR