Azərbaycan perspektivli enerji layihəsi kimi Bakı-Tiflis-Ərzurum qaz kəmərinin keçicilik qabiliyyətini artırmagı, maye qaz üçün terminalın tikintisini və “mavi yanacag”ın Qaradəniz hövzəsi ölkələrinə satışını düşünür. “Vətəninfo.az”ın məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev aprelin 2-də Bakıda keçirilən “Evronest” Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin iclasında bildirib. Nazir qeyd edib ki, Azərbaycanın siyasəti ölkənin tam olaraq enerji resurslarına tələbatını ödəməyə və bu resursların Avropaya nəql edilməsi üçün Şərq-Qərb dəhlizinin yaranmasına yönəlib. N.Əliyevin bildirdiyinə görə, Azəri-Çıraq-Gönəşli və Bakı-Tbilisi-Ceyhan nef kəmərləri ölkənin neft hasilatını artıqmaga imkan yaradır. Onun sözlərinə görə, 1994-cü ildən 2010-cu ilədək ölkənin neft hasilatı sahəsinə 45 milyard dollar sərmayə qoyulub: “Enerji ilə baglı məsələlər surətlə inkişaf edən ölkələr üçün çox vacibdir. Əgər 2007-ci ildə dünya əhalisinin sayı 6,7 milyard idisə, 20 ildən sonra bu rəqəmin 8,5 milyarda yaxınlaşacagı gözlənilir. Biz 21-ci əsrdə yaşayırıq. Lakin indinin özündə də enerjiyə ehtiyacı olan ölkələr var”.
Xatırladaq ki, aprelin 2-dən 4-dək Bakıda “Evronest” Parlament Assambleyasının ikinci iclası keçiriləcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR