“Ümumilikdə xaricə investisiya qoyuluşunun stimullaşdırılması keçən əsrin 60-70 ci illərindən ABŞ-ın aparıcı şirkətləri tərəfindən həyata keçirilməyə başlayıb”.
Bu sözləri Vətəninfo.az-a sabiq millət vəkili, tanınmış iqtisadçı Nazim Məmmədov bildirib.
“Burada məqsəd daha ucuz işçi qüvvələri və təbii resursları olan ölkələrdə ABŞ-ın təsirini gücləndirmək idi. Ancaq sonuncu böhrandan sonra Obama höküməti o güzəştləri ləğv edərək, ölkənin əsas istehsal şirkətlərinin zavod, fabriklərinin geriyə dönməsini stimullaşdırmağa başlayıb. Bizim ölkənin daxilində investisiya potensialı hələ də qalmaqdadır. Ona görə dövlət şirkətlərinin xarici ölkələrə böyük həcmdə vəsait yatırmalarını yarımçıq yanaşma kimi qiymətləndirirəm.
Çox vaxt belə investisiyaların siyasi yükü daha çox olur deyə iqtisadi effektivliyi, şəffaflığı da suallar yaradır. Bir sözlə, əvvəlcə evin içi, sonra çölü fəlsəfəsindən yanaşsaq, deyə bilərik ki, biz çox tələsirik özümüzü investor qismində təqdim etməyə”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR