2015-ci ilə kimi Azərbaycana 500 Taksi TX4 markalı ("London taksisi") nəqliyyat vasitələri gətiriləcək.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov bildirib. O deyib ki, gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlarla əlaqədar ölkəyə iritutumlu avtobuslar, o cümlədən taksilər gətiriləcək. “Hazırda Türkiyə, Cənubi Koreya, Almaniya və başqa ölkələrlə bu istiqamətdə danışıqlar aparılır”, - deyə o, əlavə edib. Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1 000-i “London taksisi"dir. Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınır. Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR