Vətəninfo.az xəbər verir ki, Avropada xam neftin qiyməti ən aşağı səviyyəyə enib, mütəxəssislər isə qlobal miqyasda neft ehtiyatlarının hazırda tələbatdan daha artıq olduğunu bildirir. ANS PRESS-in "Amerikanın Səsi"nə istinadən məlumatına görə, London bazarında Brent xam neftin qoyməti bir barrel üçün 101 dollar 61 sent təşkil edib. Bu, keçən il noyabr ayından xam neftin qiyməti üçün ən aşağı göstəricidir. Birləşmiş Ştatlarda xam neftin qiyməti bir barrel üçün 97 dollar 43 sent təşkil edir və bu da keçən ildən bəri ən aşağı göstəricidir.
Sənayesi inkişaf etmiş ölkələrə neft siyasəti ilə bağlı məsləhətlə verən Beynəlxalq Enerji agentlyi yeni hesabatında qlobal iqtisadiyyatda qeyri-sabitliyin neftə tələbatın və qiymətlərin aşağı səviyyədə qalmasına gətirib çıxardığı bildirilir. Neft istehsal edən ölkələrdə zorakılıqların neft emalının azalması, təchizatın kəsilməsi və qiymətlərin yüksəlməsinə səbəb ola biləcəyi deyilirdi. Lakin Beynəlxalq Enerji agentlyi Liviya, İraq və Ukraynada münaqişələrə baxmayaraq neft bazarında vəziyyətin bu gün gözlənildiyindən daha yaxşı olduğu, hətta Atlantik okeanı hövzəsində də neft təminatının yüksək olduğunu bildirib. Beynəlxalq Enerji agentlyinin bu il və gələn il üçün neftə olan tələbatla bağlı proqnozları da daha aşağı səviyyədədir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR