Vətəninfo.az xəbər verir ki, iyunun 20-nə olan məlumata görə, neftin qiyməti 115 dollara yüksəlib. Axar.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, İraqda baş verən hadisələr yanacağın qiymətinə təsirsiz ötüşməyib. Ötən həftənin cümə günü İŞİD qüvvələrinin Bağdada yaxınlaşması xəbəri yayılandan sonra neftin qiymətinin bahalaşması daha da sürətlənib və bu səhər birjalar son rəqəmin 115,06 dollar olduğunu deyir. Bu isə son 9 ayda qeydə alınan ən yüksək rəqəmdir. Ötən həftəyə nisbətən neftin qiyməti 4,4 faiz artıb.
OPEC bu rəqəmlərin daha da yüksələcəyi proqnozunu verib. Qurumdan açıqlanan rəsmi məlumata görə, İraq orta hesabla gün ərzində istehsal edilən neftin 3,3 milyon barelini istehsal edirdi. Xatırladaq ki, birjalarda neft sonuncu dəfə 2013-cü ilin sentyabrın 9-da baha qiymətə təklif edilmişdi. O zaman neftin qiyməti indikindən 8 sent ucuz, yəni 114,98 dollara satılmışdı.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR