Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən inşa edilən Azərbaycanda ilk sıxılmış qaz stansiyası (CNG Gas Station) yaxın günlərdə istifadəyə veriləcək.
Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, SOCAR Gürcüstanda CNG stansiyaları tikib istifadəyə verib və yaxşı nəticələr əldə edib. Artıq həmin stansiyaların Azərbaycanda da tikilməsi ilə bağlı proqram hazırlanıb və “SOCAR-Petroleum” Qapalı Səhmdar Cəmiyyəti bu işləri həyata keçirir. İlk stansiya “BakuBus” şirkətinin avtobus parkının yanında inşa edilib və həmin stansiya yaxın günlərdə istifadəyə veriləcək. Digər bir CNG stansiyası isə Zabrat qəsəbəsində inşa edilir.
“Biz çalışacağıq ki, bir il yarıma Bakı və ətraf rayonlarda da bu tipli stansiyaların və “CNG” ilə işləyən avtomobillərə qulluq edən texniki xidmət bazaları tikək. Gələcəkdə isə həmin stansiyaların sayının artırılaraq ölkə üzrə hər 180 kilometrdən bir quraşdırılması nəzərdə tutulur. Düşünürük ki, gələcəkdə yanacaq bazarının 30-35 faizi məhz qazın payına düşəcək. Bu həm ekoloji cəhətindən, həm də qiymət baxımından daha sərfəlidir”, - deyə SOCAR-ın prezidenti bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR