Cənub qaz dəhlizi siyasi layihə deyil, tam olaraq kommersiya layihəsidir. Biz bu layihəni beynəlxalq tərəfdaşlarımız ilə bərabər həyata keçiririk. Bu, Asiyadan, Avropadan, qərb və şərq ölkələrindən olan şirkətlərdir.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə “EurActiv”ə verdiyi müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Vitali Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, layihə tərəfdaşları arasında “Şah Dəniz 2” layihəsində payı olan Rusiyanın Lukoil, İranın NİCO, Britaniyanın BP, Malayziyanın Petronas və Türkiyənin TPAO şirkətləri yer alır.
“Avropa müştərilərimizə gəldikdə isə, bu əsasən Shell, Gaz de France, Gas Natural of Spain, italyan şirkəti ENEL və Hera kimi iri Avropa şirkətləridir. Burada reklam işləmir. Burada biznes prinsipləri işləyir. Əgər onun alınmasına, realistikliyinə və həyata keçməsinə inam olmasaydı, heç kim 45 milyardlıq layihədə və “Şah Dəniz 2” layihəsində iştirak etməzdi”, - V.Bəylərbəyov bildirib.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, “Şah Dəniz 2” layihəsi çərçivəsində hasilat 2018-ci ildə başlamalıdır:
“Həmin il qaz Türkiyəyə, Əskişəhərə çatdırılacaq. 2020-ci ilin əvvəllərində bizim Yunanıstan, Bolqariya və İtaliyadakı müştərilərimizə “Şah Dəniz” yatağından qaz çatdırılacaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR