«111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində hərflər müxtəlifdirsə, dövlət rüsumu 500, eynidirsə, 1000 manatdır»
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında nömrələrin qiymətinin oradakı rəqəmlərin düzülüşü və hərflərdən asılı olaraq dəyişdiyini söyləyib: «Məsələn, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manatdır. Bu rəqəmlərlə olan nömrədə hərflər eynidirsə, qiymət 2500 manatdır».
K.Əliyevin sözlərinə görə, müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat, hərflərin eyni olduğu halda isə 1500 manatdır.
«111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində hərflər müxtəlifdirsə, dövlət rüsumu 500, eynidirsə, 1000 manatdır», – deyə K.Əliyev bildirib.
Qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manatdır: «Nömrə almaq üçün yol polisinə bir sıra sənədlər təqdim olunmalıdır: şəxsiyyət vəsiqəsi, avtomobilin mülkiyyət hüququnu təsdiqləyən müvafiq sənəd, xaricdən alınmış avtomobilə gömrük orqanının verdiyi icazə sənədi və sair. Qanuna edilmiş dəyişikliklərdən sonra indi avtomobil nömrəsinin alınması üçün 30 dəqiqə vaxt kifayətdir».
day.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR