Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan Bayramı münasibəti ilə sosial aksiyaya start verib. NİİM-dən verilən məlumata görə, Ramazan Bayramı günü paytaxtdakı bəzi sərnişin daşıma vasitələrində (avtobuslarda) sərnişinlərdən gediş haqqı alınmayacaq:
«Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək», deyə məlumatda bildirilir.
NİİM-in məlumatında deyilir ki, Mərkəz belə aksiyanı ilk dəfədir ki, həyata keçirilir:
«NİİM bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir».
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılmasına 2009-cu ilin aprelindən başlanıb və 2011–ci ilin sonundan Mərkəz fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır.
Apa
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR