“Çörəyin standartlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır”. APA-nın məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
R.Həsənov bildirib ki, çörəyin standartının müəyyənləşdirilməsi ilə bağlı yaradılan texniki komitədə aidiyyəti qurumların nümayəndələrinin təmsilçiliyi təmin olunub. Buraya hətta özəl sektordan olanlar da cəlb edilib.
O qeyd edib ki, bu formatda yaradılan komitə standartın müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir: “Hazırlanan standartlar sonda qəbul olunacaq”.
R.Həsənov “Halal” standartı ilə də bağlı danışıb: “Hələ ki, bizim quruma bu standart sertifikatına sahib olmaq üçün müraciət edən olmayıb. Bəlkə də Azərbaycanda halal sertifikatı ilə məhsul istehsal edən müəssisələr mövcuddur. Lakin hələ bizə müraciət daxil olmayıb. Məhsulun üzərinə halal yazılmasına gəlincə, müəssisələr bunun brend kimi qeyd etdiklərini deyirlər. Yəni əmtəə nişanı olaraq, məhsulun üzərinə yazırlar”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR