Son 5 ildə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə, İT istehsal sahəsi isə 3 dəfə genişlənib.
«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi «İllik hesabat»da bildirilir.
Hesabata əsasən, 2008-ci illə müqayisədə 2012-ci ildə telekommunikasiya sektorunun İKT sektorunda payı azalıb, İT sektorunun payı isə artıb. Belə ki, telekommunikasiya sektorunun payı 93%-dən 91%-ə enib, İT sektorunun payı isə 7%-dən 9%-ə yüksəlib.
Hesabatda bildirilir ki, ölkədə İKT sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədi informasiya cəmiyyətinə keçidin təmin olunması, informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi, idarəetmə prosesində vətəndaşların və sosial institutların iştirakının təmin olunmasıdır.
«Ölkədə İKT-nin inkişaf istiqamətləri 4 əsas strateji xətt üzrə müəyyən olunub. Bunlara elmtutumlu və innovativ İT məhsul istehsalı, İKT infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi və tətbiqi coğrafiyasının genişləndirilməsi, «elektron hökumət» və elektron xidmətlərin inkişaf etdirilməsi, insan resurslarının inkişafı daxildir. Ötən il ərzində hər bir istiqamət üzrə uğurlara imza atılıb», - deyə hesabatda bildirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR