Azərbaycan bazarı Polşa üçün 10 ən vacib bazardan biridir. Trend xəbər verir ki, bunu bazar ertəsi Bakıda Azərbaycan və Polşa biznes forumunda Polşanın iqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.
Vətəninfo.az-ın məlumatına görə, nazir bildirib ki, 2013-cü ildə Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi 150 milyon dollar təşkil edib. Bu göstərici 2012-ci ildəkindən 20,6 faiz çoxdur. 2014-cü ilin yanvar-sentyabr aylarında ölkələr arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Azərbaycan bazarı Polşa üçün on ən vacib bazardan biridir.
Pexoçinski qeyd edib ki, hazırda 550-dən artıq Polşa şirkəti öz məhsullarını Azərbaycana ixrac edir: "Polşa Azərbaycan ilə əməkdaşlıq üçün inşaat, mənzil-kommunal, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, energetika, ətraf mühitin mühafizəsi, kimya sənayesi, logistika və nəqliyyat sahələrini perspektivli hesab edir".
Nazir bildirib ki, Polşa şirkətlərinin Sumqayıt Kimya-Sənaye Parkına səfər etmələri əməkdaşlıq üçün böyük imkanlar açır.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan şirkətlərinin Polşada nəqliyyat, energetika, kimya sənayesi, yol və körpülərin tikintisi sahəsində əməkdaşlığı artır: "Əgər 2011-2012-ci illərdə Polşa bazarında 4,3 milyon dollarlıq Azərbaycan malı satılırdısa, 2013
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR