Azərbaycanlı iş adamına 18 milyon cəza kəsildi
Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkətinə 18,5 milyon dollar məbləğində cəza kəsilib.
Vətəninfo.az xəbər verir ki,AzVision.az-ın məlumatına görə, buna səbəb “Lukoyl” şirkətinin Rusiya Federasiyasının Komi Muxtar Respublikasında gördüyü işlər zamanı əraziyə neft sızdırması olub.
Ərtaf mühitə vurduğu ziyana görə, məhkəmə V.Ələkbərovun şirkətini 614 milyon rubl (18.5 milyon dollar) cəzalandırılıb.
“Greenpeace” təşkilatın Rusiyadakı təmsilçiliyinin açıqlamasına görə, V.Ələkbərovun şirkətinin ödəyəcəyi cəza sovet dövründən bəri məhkəmənin qərarı ilə kəsilən ən yüksək məbləğdir.
Eyni zamanda “Lukoyl” neft şirkətinə Komi Muxtar Respublikasının meşə komissiyası da 96 milyon rubl (3 milyon dollar) əlavə cəza kəsib.
Məhkəmənin qərarında bildirilir ki, şirkət 2011-ci ildən bu günə qədər 9 ayrı bölgədə ətraf mühit qaydalarına tabe olmur və benzin sızdırır. Ümumiyyətlə çirkləndirən ərazi 21 hektara yaxındır. Məhkəmənin qərarı ilə bağlı açıqlama verməyən “Lukoyl” şirkətinin yenidən məhkəməyə müraciət edəcəyi gözlənilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR