Vyanada avtobus sürücüsü içərisində ümumi məbləği 390 min avro olan yaddan çıxarılıb avtobusda qoyulmuş çantanı aşkar etdikdən sonra polis çağırıb. Polis öz növbəsində çantanın sahibini aşkar edərək pulları ona qaytarıb. Trend-in məlumatına görə, bu barədə "Röyter" agentliyi xəbər verib.
Volfqanq adlı sürücü avtobusun arxa oturacağında sərnişinlərdən biri tərəfindən unudulan çantanı tapıb. O, əvvəlcə çantada mağazadan alınan mal və ya dərman olduğunu zənn edib. Onu açarkən isə sürücü çantada 500 avroluq əskinaslar aşkar edir.
Polis pulların sahibini çantada tapılan ödəniş sənədlərinə görə müəyyən edir. Məlum olur ki, çantanı ahıl yaşlı bir qadın itirib. BBC-nin rus xidmətinin məlumatına görə, bu, pensiyaçının bütün həyatı boyu topladığı əmanətlər olub.
Qiymətli tapıntının sahibəsinin sürücüyə təşəkkür etməsi və onun avtobusda apardığı pulla nə etməyə hazırlaşdığı barədə məlumat verilmir. Lakin polis insaflı sürücünü dürüstlüyünə görə tərifləyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR