Baləkən rayonunda evini və avtomobilini sığortayanların sayı artıb.
Vətəninfo.az xəbər verir ki, “Azərsığorta” şirkətinin Balakən filialının direktoru Şamil Xəlilov fins.az-a deyib ki, ilin ilk 6 ayı ərzində 320 ev sığortalanıb. Sığortalanan evlərin 50-60 faizini 2012-ci il zəlzələsi zamanı dağılan evlərin sahibləri üçün FHN tərəfindən tikilənlər təşkil edir. Ş.Xəlilov qeyd edib ki, ötən zəlzələyə baxmayaraq əhalinin sığortaya, xüsusilə də evlərini sığortalamağa marağı azdır: “Düşünürlər ki, zəlzələ nəticəsində ev uçsa, hər hansı bir dağıntı olsa, ölkə rəhbərliyi onlara yeni ev tikəcək. Ona görə də, evlərini sığortalamaq istəmirlər. Doğrudur, bəzi vətəndaşlar evləri uçandan sonra sığorta haqqında fikirləşirlər.
Filial direktoru bildirib ki, ilin əvvəlindən indiyədək filialda 444 avtomobil icbari sığrtalanıb. Onun sözlərinə görə, ötən ilə nisbətən həm evlərin, həm də avtomobillərin icbari sığortasında 10-15 faizlik artım var. Filial direktoru hesab edir ki, evlərin icbari sığortasının artımına 2012-ci ildə baş verən zəlzələnin səbəb olduğu halda, avtomobillərin sığortasının artımına rayona yeni avtomobillərin gətirilməsi təsir edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR